Kapitanlar üçün
Komandaların heyyəti 6 oyunçu və 1 kapitandan (məşqçi-müəllim) ibarətdir. Komandanın 1-2-ci lövhələri 17 yaşadək , 3-4-cü lövhələri 13 yaşadək oğlanlardan, 5-ci lövhə 17 yaşadək, 6-cı lövhə isə 13 yaşadək qızlardan təşkil olunur. Heyyət kapitan tərəfindən müəyyən olunur və müvafiq sifariş forması doldurulur.
Sifarişdə şahmatçıların adı, soyadı, təvəllüdü, FIDE ID-si, beynəlxalq reytinqi (klassik), email ünvanı və mobil nömrəsi qeyd olur. Qeyd olunan email ünvanı dəqiqliklə göstərilməli, şahmatçı öz email-nin şifrəsini bilməlidir.
Sifariş forması həm “word” formada, həm də komandanın təmsil olunduğu müəssisənin rəhbəri tərəfindən təsdiq olunaraq (imza və möhürlə) skan olunmuş formada təşkilat komitəsinin tehsilchess@gmail.com elektron ünvanına və ya 055-252-22-38 nömrəsinə (votsap ilə) göndərilir.
https://www.team.tehsilchess.az/komandalar/ bölməsində komandaların heyyəti yerləşdiriləcək. Kapitanlardan komanda üzvlərinin və kapitanın şəkillərinin təşkilat komitəsinə göndərilməsi tələb olunur. Şəkil ağ fonda çəkilməli, üz yaxından və aydın görünməlidir. Şəklin ölçüsün təqribi 300×350 piksel olması arzuolunandır.