Yarışın nəticələrinə görə ilk 3 yeri tutmuş komandalar “Təhsil” Respublika İdman Mərkəzinin müvafiq dərəcəli diplomları təltif olunacaq. Komandanın üzvləri (6 oyunçu və kapitan) isə müvafiq dərəcəli diplomlar və pul mükafatı ilə mükafatlandırılacaqlar. Pul mükafatları aşağıdakı kimidir:
Yerlər | Mükafat |
I yer | Komandanın hər bir üzvünə 40 AZN |
II yer | Komandanın hər bir üzvünə 35 AZN |
III yer | Komandanın hər bir üzvünə 30 AZN |
Bundan əlavə hər bir lövhə üzrə ilk 3 yeri tutmuş şahmatçılar “Təhsil” Respublika İdman Mərkəzinin müvafiq dərəcəli diplomları təltif olunacaqlar.