Tornelodan ilk dəfə istifadə edənlər üçün test yarışı

Əziz yarış iştirakçıları və kapitanlar!

Yarış günü qarşıya çıxacaq çətinlikləri önləmək məqsədilə 4 fevral 2021-ci il, saat 18:00-da 5 turluq isveçrə sistemi üzrə test yarışı keçiriləcək. Bu zaman şahmatçılar lazımi təcrübə əldə edəcəklər. Qeyd edək ki, test yarışı qeyri-rəsmi xarakterlidir və nəticəsi heç bir əhəmiyyət kəsb etmir. Bütün qeydiyyatdan keçmiş komandaların iştirakçıları iştirak edə bilərlər. Hətta kapitanlar da təcrübə toplamaq üçün bu yarışa qatıla bilərlər.

Tornelo platforması iştirakçıların böyük əksəriyyəti üçün yenidir və istifadə ilə bağlı tərcübələyə sahib deyillər. Amma heç narahatçılığa əsas yoxdur. 3 fevral 2021-ci saat 20:00-da kapitanların iştirakı ilə seminar keçiriləcək və izah olunacaq. Bu seminarın videoyazısı da əlavə olaraq youtube-da yerləşdiriləcək. Şahmatçılar Tornelodan istifadə ilə bağlı öz kapitanlarına suallarını ünvanlaya və cavab ala biləcəklər.