Tələb: Kamera qarşısında oynamalı!

Şahmatçılardan oyunlarını video nəzarət altında keçirmələri tələb olunur. Bunun üçün zoom proqramından istifadə olunacaq. Eyni zamanda ekran paylaşımı da edilməlidir. Oyun zamanı şahmatçının kompyuterində yalnız yarışın keçirildiyi tornelo.com səhifəsi və zoom proqramı açıq ola bilər (digər proqramlar köməkçi vasitə hesab oluna və məğlubiyyət verilə bilər). Nəzarətçi-moderator bunu yoxlamaq üçün oyunçudan tapşırıq menecerini (task manager) açmasını tələb edəcək.

Hər bir turun başlamasına 10 dəqiqə qalmış zoom linki aktiv olunacaq. Şahmatçı tura ən geci 5 dəqiqə qalmış zoom linkinə daxil olaraq kamerasını açmalı, ekranını paylaşmalıdırlar. Zooma daxil olarkən şahmatçı komandasının adını və öz ad, soyadını adıcıllıqla daxil etməlidir.

Nümunə: “Ağdam UGİŞM, Əli Məmmədov”